Tərkibi:
2 ədəd yumurta
290 qr un (2.5 stəkan)
1,5 stəkandan bir az çox süd
1 armudu stəkan maye yağ
1 çimdik duz
1 çay qaşığı vanil
4 çay qaşığı qabartma tozu
3 yemək qaşığı şəkər tozu
Sevis üçün:
1 qutu süd kremi
3 yemək qaşığı pudra şəkəri
Çiyələk, gilas, alma
Şokoladlı sous
Hazırlanması:
Yumurtanı çırpın. Maye yağı, süd, vanil və şəkər tozunu əlavə edərək, çırpmağa davam edin.
Un, duz, qabartma tozunu əlavə edərək yaxşıca çırpın. (Lazım olsa süd əlavə edilə bilər)
Vafli qabını yağlayın və xəmiri qaba yerləşdirin.
185 dərəcədə əvvəlcədən isidilmiş sobada şişib, üst hissəsi şəkildəki kimi qızarana kimi bişirin.
Servis üçün soyuducuda saxladığınız kremə pudra şəkəri əlavə edin və mikserlə çırpın və qabardın.
Vaflileri çırpılmış krema, təzə meyvələr və şokolad sousu ilə servis edin.
Nuş olsun!