Tərkibi:
2 ədəd yumurta
140 qr qara şəkər
125 qr kərə yağı
1,5 ədəd banan
1,5 çay qaşığı toz darçın
1 yemək qaşığı bal
225 qr kəpəkli un
1 paket qabartma tozu
Hazırlanması:
Banan, bal və darçını çəngəl ilə əzin.
Kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə, qabarıb açıq qəhvə rəngi olana kimmi çırpın.
Yumurtanı çırpın və qarışıma əlavə edib qarışdırın.
Kəpəkli un və qabartma tozunu qarışıma əlavə edib 1 dəqiqə qarışdırın.
12x25 sm böyüklüyündə soba listini yağlayıb, unlayın. Keks qarışımını əlavə edin və 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 40 dəqiqə bişirin.
Bişən keksi 10 dəqiqə kənara qoyun, sonra isə qabı tərsinə çevirib keksi çıxardın.
Nuş olsun!