Tərkibi:
1 ədəd yumurta
2 armudu stəkan şəkər tozu
1 armudu stəkan kərə yağı
1 armudu stəkan maye yağ
2 armudu stəkan buğda nişastası
4 armudu stəkan un
1 paket qabartma tozu
2 armudu stəkan qara üzüm
1 armudu stəkan qoz ləpəsi
Hazırlanması:
Yumurtanın ağı, şəkər tozu, kərə yağı və maye yağı çəngəl ilə qarışdırın.
Nişasta, 3 armudu stəkan un və qabartma tozunu digər qarışıma əlavə edib yoğurun, lazım olsa digər unu da əlavə edin.
Xəmirə üzüm və qoz ləpələrini əlavə edin və yoğurun.
Xəmiri iki hissəyə ayırın və yastı xətt formasına salın.
İstədiyiniz ölçüdə kəsin və yağlı soba listinə düzün. Üzərinə yumurta sarısı çəkin.
180 dərəcədə əvvəlcədən isitdiyiniz sobada 20 dəqiqə bişirin.
Nuş olsun!