Qadin.NET / Şokoladlı, fındıqlı peçenye (foto-resept)

Şokoladlı, fındıqlı peçenye (foto-resept)

 

Tərkibi:

2 paket bitter şokolad (160 qr)

Yarım stəkan kərə yağı (75 qr)

1 ədəd yumurta

1,5 stəkan un

1-2 damcı vanil

Yarım paket qabartma tozu

Fındıq qırıntıları

 

Hazırlanması:

1. Şokoladı əridin və otaq istiliyində kərə yağı ilə qarışdırın. 10 dəqiqə ara verərək qarışdırın və otaq istiliyinə gətirin.

2. Yumurta və şəkər tozunu, şəkər əriyənə kimi çırpın. Şokoladı qarışıma əlavə edib qarışdırın.

 

Şokoladlı, fındıqlı peçenye (foto-resept)

3. Qabartma tozu, vanil və unu əlavə edərək qarışdırın.

4. Peçenye xəmirini bir qaşıq və ya dondurma qaşığı ilə yağlı kağız olan soba listinə 4-5 sm aralıqlarda yerləşdirin.

 

Şokoladlı, fındıqlı peçenye (foto-resept)

5. Üzərinə fındıq qırıntılarını səpin.

6. 170 dərəcədə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişirin. Soyuduqdan sonra listdən götürün və servis edin.

Şokoladlı, fındıqlı peçenye (foto-resept)
18 fevral 2020
GO BACK