Tərkibi:
8 ədəd kvadrat milföy xəmir
4 y/q təzə pendir
4 y/q malina mürəbbəsi
1 yumurtanın sarısı
Hazırlanması:
Xəmiri soyuducudan çıxarın və 10 dəqiqəyə qədər yumşalmasını gözləyin. (qırılmadan büküləcək qədər donu açılsın.
4 kvadrat milföy xəmirini soba listinə yerləşdirin, hər birinin ortasına təzə pendir qoyun və kənarlarında 1 sm pay buraxaraq yayın.
Üstlərinə 1 yemək qaşığı mürəbbə qoyun.
Qəliblə və ya bıçaqla kiçik ürəklər çıxarın.
Mürəbbələri üstünə yerləşdirin və açılmaması üçün kənarlarını çəngəllə basın.
Yumurta sarısı çəkin, 200 dərəcə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişirin. İstəsəniz dondurma ilə servis edə bilərsiniz.