Tərkibi:
3 ədəd orta boy yumurta
1 su st toz şəkər
3 y/q kakao
2 y/q instant qəhvə
1 su st süd
yarım su st duru yağ
1 paket qabartma tozu
1 paket vanilin
2 su st un
Sous üçün:
2 su st süd
2 y/q kakao
yarım çay st duru yağ
1 y/q kərə yağı
2 y/q intant qəhvə
Hazırlanması:
Yumurtaları qaba əlavə edin. Toz şəkəri əlavə edərək qabarana qədər çırpın.
Süd, duru yağ, kakao və qəhvə əlavə edərək şəkər əriyənə qədər qarışdırın.
Un, vanilya və qabartma tozunu əlavə edərək çırpın.
Qəlib qabı yağlayıb keks qarışımını qəlibə tökün.
180 dərəcə əvvələdən isidilmiş sobada keks quru çıxana qədər bişirin.
Sousu üçün bütün ərzaqları sous qabına əlavə edin, aşağı dərəcədə qarışdıraraq bişirin. Xəfif hazır olan sousu qazın üstündən götürün və soyumağa qoyun.
Sobadan çıxan keksə çöp şiş və ya bıçaq köməyi ilə dəliklər açın. 5 dəqiqə dincəldikdən sonra üstünə hazırladığınız sousu tökərək ən az 1 saat daha otaq istiliyində saxlayın və servis edin.