Qadin.NET / Şəkərparə

Şəkərparə

Şəkərparə

 

Tərkibi:
1 paket marqarin
1 su stəkanı pudra şəkəri
4 yemək qaşığı manna
2 yemək qaşığı kakos
2 ədəd yumurta
4 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil

 

Şərbəti üçün:
3 stəkanı şəkər, 4 stəkanı su
Yarım limonun suyu



Üzərinə:
Təmizlənmiş fındıq dənəsi

 

Hazırlanması:

1 paket yumuşaq marqarin və geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız). Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq. Bir az əlimizlə yastı şəkilə salırıq. Tavaya düzürük və üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi). Əvvəlcədən isidilmiş sobada (dxovkada bir az qızarana qədər bişiririk. Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç də asan olmaz.

Şərbətin hazırlanması:

3 su stəkanı şəkəri və 4 su stəkanı suyu qazanda qaynadırıq. Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq. Altını söndürüb ilıq olmasınını gözləyirik. Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq və 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır). Tavanın üzərinə qapaq və ya başqa bir tava çeviririk. Bu şərbəti daha yaxşı çəkməsi üçündür. Yeyəcəyiniz zamana qədər də açmayın.

Nuş olsun!

31 may 2010
GO BACK