Qadin.NET / Ağ şokoladlı biskuvit (foto-resept)

Ağ şokoladlı biskuvit (foto-resept)

 

 

İçi ağ şokoladlı, üstü bol kakaolu biskuviti

 

 

Tərkibi:

100 qram qəhvəyi şəkər

100 qram toz şəkər

120 qram kərə yağı (otaq istiliyində, yumşaq)

175 qram un

10 qram kakao

1/2 ç/q karbonat

1/2 ç/q duz

1 yumurta (otaq istiliyində)

150 qram bitter və ya südlü damla şokolad

150 qram ağ şokolad

 

Hazırlanması:

Sobanı 175 dərəcədə isidin. Soba listinə yağlı kağız sərin.

Qəhvəyi şəkər, ağ toz şəkər və otaq istiliyində kərə yağını krem halına düşənə qədər 3-4 dəqiqə çırpın.

Otaq istiliyində yumurtanı da əlavə edib 1 dəqiqə daha çırpın.

Un, kakao, karbonat və duzu da qabda qarışdırıb, kərə yağlı qarışımın içinə ələyin.

Taxta qaşıqla xəmiri birləşdirin. Ən son damla şokoladı da əlavə edin və xəmiri 10 dəqiqəyə qədər soyuducuda saxlayın.

Daha sonra ağ şokoladı hər biri 8-9 qram olacaq formada bölün.

Ağ şokoladlı biskuvit (foto-resept)

Şkafdan çıxardığınız xəmirdən ovuc böyüklüyündə bir top hazırlayın, əvvəl 4 sonra da 8 parçaya bölün.

Hər parçadan 2 biskuvit çıxacaqdır və ümumilikdə 16 ədəd biskuvit əldə etmiş olacaqsınız.

Hər biskuvit xəmirini ovucunuz içində açın, içinə bölərək hazırladığınız ağ şokoladları yerləşdirin və yumrulayaraq bağlayın.

Biskuvitləri yağlı kağızın üstünə soba listinə yerləşdirin.

Soba listinə soyuducya yerləşdirib 10 dəqiqə gözləyin

Daha sonra isinmiş olan sobaya listi yerləşdirin və 9 dəqiqədə bişirib çıxarın.

Ağ şokoladlı biskuvit (foto-resept)


23 yanvar 2020
GO BACK