Qadin.NET / Quru meyvəli yulaflı biskuvit (video-resept)

Quru meyvəli yulaflı biskuvit (video-resept)

 

Tərkibi:

1 su st Hindistan qozu (sürtgəcdən keçirilmiş)

yarım su st qoz 

yarım su st quru qaragilə

1 su st yulaf əzməsi

1 su st tam buğda unu

yarım su st zeytun yağı

1 ç/q karbonat

3 y/q bal

3-4 y/q su

Quru meyvəli yulaflı biskuvit (video-resept)

Hazırlanması:

Sürtgəcdən keçirilmiş hindistan qozu, buğda unu və yulafı dərin kasada qarışdırın.

Karbonat, quru qaragilə və qoz qırıntılarını əlavə edərək qarışdırın.

Zeytun yağı, bal və suyu əlavə edərək xəmiri sıxdıqda dağılmayan hala düşənə qədər yoğurun.

Xəmiri istər əlinizlə, istər dondurma qaşığı ilə porsiyalara bölün və yağlı kağız sərilmiş soba listinə düzün.

180 dərəcə əvvəlcədən isidilmiş sobada 10 dəqiqə qızarana qədər bişirin.

İlıq və ya soyuq servis edin.

 


17 yanvar 2020
GO BACK