Qadin.NET / Tavada albalı piroqu (foto-resept)

Tavada albalı piroqu (foto-resept)

 

 

Tərkibi:

 

2 y/q otaq istiliyində kərə yağı

6 y/q əridilmiş kərə yağı

1 su st şəkər

1 yumurta

1 yumurta sarısı

yarım ç/q vanil

1 su st + yarım su st un

1 ç/q qabartma tozu

3/4 fincan süd

çimdik duz

yarım su st çəyirdəkləri təmizlənmiş gilas

üstü üçün pudra şəkəri

 

Hazırlanması:

Sobanı 180 dərəcəyə qoyun, 2 yemək qaşığı otaq istiliyində olan kərə yağını sobada bişirə bilərcəyiniz tavanın içinə çəkin.

Ayrı qabın içinə əridilmiş kərə yağını və şəkəri əlavə edin, çırpın. Daha sonra içinə yumurta və yumurta sarısını əlavə edib yenidən qarışdırın. Son olaraq vanili əlavə edin.

Un, qabartma tozu, tuzu içinə əlavə edin. Südü də qoyun və xəmir qalınlaşana qədər yaxşı qarışdırın.

Ayrı qabda gilasları şəkərlə birləşdirin və qırağa qoyun.

Keks xəmirini tavaya tökün və üstünə yaxşı yayın.

Daha sonra şəkərdə saxlanmış albalıları üstünə düzün. Keksin, altı qəhvəyi rəng alana qədər 25-30 dəqiqə bişirin.

Kəsmədən və servis etmədən əvvəl 15 dəqiqə soyumağa qoyun.

Soyuduqdan sonra üstünə pudra şəkəri ilə bəzəyin.

 

Tavada albalı piroqu (foto-resept)

 

4 yanvar 2020
GO BACK