Tərkibi:
2.5 su st un
125 qram kərə yağı
1/2 su st pudra şəkəri
1 y/q bal
1 paket qabartma tozu
1 ç/q darçın
1 ç/q toz zəncəfil
Hazırlanması:
2,5 su stəkanı unu qaba əlavə edin. 125 qram kərə yağını və unu yaxşı qarışdırın. Sonra 1/2 su stəkanı pudra şəkəri, 1 yemək qaşığı bal, 1 paket qabartma tozu, 1 çay qaşığı darçın və 1 çay qaşığı toz zəncəfil əlavə edin. Qatlayaraq yoğurun. Homogen hala düşən xəmiri streçlə sarıyın və soyuducuda 30 dəqiqə saxlayın. Sobanı 160 dərəcəyə qoyun. Bir-birinin iç-içə keçən 10 ədəd ulduz formasında qəlibi hazırlayın. Xəmir iki yağlı kağız arasında nazikləşdirin. Qəliblərə yerləşdirin və yağlı kağız sərili soba listinə yerləşdirin. Sobada çox qızarmadan 7-8 dəqiqəyə qədər bişirin. Forma vermək üçün soyumasını gözləyin. Soyuyan bisküvitlərin ən böyük olanını götürün və uclarını istədiyiniz kimi bəzəyin. Qat-qat yığın. Son olaraq rəngli tort bəzəkləri ilə rəngləndirin. Yeni il ağacınız hazırdır.