Tərkibi:
1 st un
1/2 st şəkərsiz kakao tozu
1/4 ç/q duz
1/2 su st duzsuz kərə yağı (yumşadılmış)
2/3 su st toz şəkər
otaq istiliyində 1 yumurta sarısı
2 y/q süd
1 ç/q vanil
3/4 su st xırda rəngli şəkərlər
Hazırlanması:
Soba 350 dərəcə isidin. Soba listlərini və yağlı kağızları hazırlayın.
Qabda un, kakao və duzu çırpın və qırağa qoyun.
Kərə yağını 1 dəqiqə qədər çırpın. Şəkəri əlavə edin və krem halına düşənə qədər təxminən 2 dəqiqə çırpın. Yumurta sarısını, südü, vanili əlavə edib 1 dəqiqəyə qədər mikserlə çırpın.
Quru ərzaqları yaş ərzaqlarla qarışdırın.
Rəngli şəkərləri kiçik kasaya tökün. Qaşıqla xəmiri yumrulayın, hər yuvarlaq xəmiri rəngli şəkərlər olan kasaya batırın. Sonra bu topları soba listinə yerləşdirin. Keksləri 10-12 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra 5 dəqiqə soyumağa qoyun. Şokolad piramidalarını kekslərin üstünə basın. Soyuması üçün qırağa qoyun.