Lazım olan ərzaqlar:
Yumurta- 4ədəd
Un-100 q
Şəkər tozu-200q
Kərə yağı-100 q
Qatılaşdırılmış süd-150 q
ərik mürəbbəsi-50 q
Hazırlanması:
Əvvəlcə şəkər tozu ilə yumurtanı bərk olana qədər birlikdə çalırıq. Sonra isə üzərinə un töküb yenə qarışdırırıq.
Qaba töküb 210 °-də 30 dəqiqə bişiririk.
Bişdikdən sonra onları kəsirik.
Kremi hazırlamaq üçün yağı və qatılaşdırılmış südü çalırıq.
Daha sonra 2 ədəd kəsdiyimiz hissəni götürürük, arasını kremləyib üzərinə ərik mürəbbəsi çəkirik və üstünü bişmiş xəmirdən qalan ovuntular ilə bəzəyirik.
Budur, ərikli pirojnamız hazırdır.
Nuş olsun!