Tərkibi:
Xəmir üçün:
200 q un
115 q soyuq "Wellington" kərə yağı
1/4 ç/q duz
Bir çimdik şəkər tozu
2 x/q soyuq su
Krem üçün:
3 böyük yumurtanın sarısı
60 q şəkər tozu
40 q un
250 ml süd
50 q "Wellington" kərə yağı
1 ç/q vanil essensiyası
40 q ağ şokolad
Üzəri üçün:
400 q çiyələk
1 paket zövqə görə jele (sadəsi olsa yaxşı olar)
Hazırlanması:
Əvvəlcə xəmir üçün lazım olan ərzaqları qarışdırıb xəmir yoğurun. Xəmiri çox yoğurmayın ki, yağ əriməsin. Sonra onu qida sellofanına büküb 30-40 dəqiqəlik soyuducuya qoyun.
Sonra isə kremi hazırlayın. Yumurta sarıları ilə şəkər tozunu ağarana qədər çırpın. Üzərinə un əlavə edərək yenidən çırpın. Südü qaynadın. Qaynar südü yumurtalı qarışıma asta-asta qarışdıraraq əlavə edin. Sonra isə onu orta odlu qaza qoyun. Krem şəkildəki qatılığa gələnəcən çırpma teli ilə dayanmadan qarışdırın.
Xəmiri soyuducudan götürün. Piroqu bişirəcəyiniz qaba qoyun və əlinizlə onu həmin qaba yayın. Qabdan kənara çıxan xəmir hissələrini kəsərək ayırın.
Sonra isə xəmirin üzərinə folqa qoyun. Folqanın da üzərindən ya lobya, ya noxud, ya da düyü qoyun.
180 dərəcəli sobada 10 dəqiqə bişirin. Sonra sobadan götürün və üzərinə qoyduğunuz folqanı üzərindəki ilə birlikdə xəmirdən ayırın. Bundan sonra xəmiri yenidən sobaya qoyun və yenə 10 dəqiqə bişirin. Sonra isə sobadan çıxardın və qoyun soyusun.
Çiyələkləri şəkildəki kimi 4 hissəyə ayırın.
Xəmirin üzərinə kremi bərabər olmaqla yayın.
Sonra isə çiyələkləri piroqun üzərinə düzüb jele əlavə edin. Piroq süfrəyə verilməzdən bir neçə saat əvvəl soyuducuda qalsa, daha yaxşı olar.
Nuş olsun!
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR