Tərkibi:
1 yumurta
20 qr yaş maya
1 armudu çay stəkanı duru yağ
1 armudu çay stəkanı süd
Aldığı qədər un
Azərduz yodlu narın xörək duzu
İç üçün vəsait:
1 su stəkanı qoz içi(çox xırda olmasın)
Üstü üçün:
1 armudu çay stəkanı əridilmiş kərə yağı
Digər vəsaitlər:
Xəmiri açmaq üçün nişasta,
Şərbət üçün 3,5 su stəkanı şəkər
3,5 su stəkanı su və ½ limon suyu
Hazırlanması:
Süd,yaş maya,duz və aldığı qədər unla yumşaq xəmir yoğrulur.
Yoğrulan xəmiri 10 və ya 12 hissəyə ayırın.
Kündələri nişastanın köməyi ilə boşqab böyüklüyündə yayın.
Açılmış yuxalardan 5 və ya 6-nı üst-üstə qoyaraq böyük bir yuxa yayın,elə yaymaq lazımdır ki,yuxa dördkünc olsun.
Əldə etdiyiniz yuxaları rulet formasında bükün.
Rulet halında bükdüyünüz yuxaları 1 sm enində kəsin.
Kəsdiyiniz dilimləri oxlov ilə yenidən bir azca açın.
Bir fırça köməyi ilə bu dairələrin üzərinə kərə yağı sürtün,içlərinə qoz qoyub bağlayın və bişirəcəyiniz qaba düzün.
Digər xəmirlə də eyni işləri təkrar edin,180 dərəcə istilikdə sobada üstü qızarana qədər bişirin.
Sobadan çıxarılmış Molyusk şirniyyatına soyuq şərbəti tökün.
Bu şirniyyatı bayramdan bir neçə gün əvvəl hazırlayıb,bayram günü isti şərbətlə də islada bilərsiniz.
Nuş olsun!