Əziz xanımlar, qarşıdan yeni il gəlir. Yeni il süfrənizdə, əminəm ki, bir-birindən dadlı, ləzzətli nemətlər olacaq. Əzizlərim, yeni il günü sevdiklərinizə, körpə balalarınıza surpriz etmək istəyirsinizsə, sizə məsləhət görərdim ki, bu "Şam ağaclarını" uşaqlarınız üçün hazırlayasınız.
Tərkibi:
Keks
Vafli
Krem şanti
Yaşıl rəng
Bəzəmək üçün muncuqlar
Hazırlanması:
Öncə sadə krem şantiyə yaşıl rəng vurub qarışdırırıq.
Sonra vaflini bir az kremləyirik.
Vaflini hazır olan keksin üstünə qoyub bəzəyirik.
Budur, artıq keksli şam ağacımız hazırdır.
Nuş olsun!