Tərkibi:
20 ədəd lazanya
Sous üçün:
500 qr farş (mal əti)
3 diş sarımsaq
1 ədəd soğan
Keşniş
3 ədəd "Bizim Tarla" soyulmuş pomidoru
2 x/q "Bizim Tarla" tomat pastası
2 x/q "Zeytun Bağları" zeytun yağı
İçlik üçün:
500 qr qaymaq
2 ədəd yumurta
50 qr Parmesan pendiri
3 ç/q qurudulmuş reyhan
3 ç/q keşniş
Duz
İstiot
150 qr Mozzarella pendiri
Hazırlanması:
Əvvəlcə sarımsaq və soğanı xırda-xırda doğrayırıq.
Bir tavaya bir qədər zeytun yağı əlavə edib, soğan və sarımsağı qovururuq.
Daha sonra farşı əlavə edib qovururuq.
Üzərindən soyulmuş doğranılmış pomidorları və tomat pastasını əlavə edirik.
Doğranmış keşniş əlavə edib bişiririk.
Bu ərəfədə bir qaynar su ilə dolu qazana lazanyalarımızı qoyuruq.
Tam bişmədən çıxarıb masaya düzün.
Bu ərəfədə içlik hazırlayırıq. Əvvəlcə xamanı qaba əlavə edirik.
Üzərinə iki ədəd yumurta vurun.
Daha sonra parmesan pendiri qatırıq.
Bir qədər qurudulmuş reyhan, duz, istiot əlavə edib qarışdırırıq.
Sonda keşniş əlavə edib tamamlayırıq.
Bir yanda mozzarella pendirini sürtgəcdən keçiririk.
Hazır alüminium qablar götürürk.
Əvvəlcə ətli sousdan bir qədər dibinə çəkirik.
Lazanyanın üzərinə içlikdən çəkərək, rollı kimi bükürük.
Bu yolla bir neçə lazanyalı rollını qaba yığırıq.
Sonra ətli sousdan bir qədər əlavə edirik.
Sonda isə üzərinə mozzarella pendiri səpirik və 300 dərəcədə isidilmiş sobada 20 dəqiqə ərzində bişiririk.
Budur, lazanlalı rollı hazırdır.
Nuş olsun!
(tərcümə edilib)