
2 ədəd yumurta
1,5 st şəkər tozu
1,5 st xama
0,5 ç/q soda
5-6 st un
İçlik üçün:
250 qr qaysı
250 qr kişmiş
250 qr qara gavalı
Krem üçün:
1200 ml 20%-li xama
2,5 st şəkər tozu
Hazırlanması:
Yumurta, şəkər tozu, xama mikserdə yaxşı çalınır.


Soda sirkədə söndürülür, un əlavə edilib xəmir hazırlanır. Hazır xəmir sellofana bükülüb 1 saat soyuducuda saxlanılır.


Qaysı, kişmiş, qara gavalı təmiz yuyulur və blenderdən ayrı-ayrılıqda keçirilir.




Xəmiri soyuducudan çıxarıb hissələrə ayırırıq, un səpib yayırıq və üzərinə blenderdən keçirdiyimiz içliyi yayıb rulet şəklində bururuq.





Hazır ruletləri yağlı kağız üzərinə bir-birindən aralı şəkildə soba qabına yığırıq.

180 dərəcədə hazır olana qədər sobada bişiririk.

Hazır ruletləri isti-isti iti bıçaqla şəkildəki kimi doğrayırıq.

Şəkər tozu ilə xama mikserlə çalınır.

Şəkildə gördüyünüz kimi formaya krem yayılır və üzərinə doğranmış ruletlər sıra ilə yığılaraq araları bolluca kremlənir .
Üzəri də kremlənib soyuducuya qoyulur (gecədən səhərə qədər).






Hazır tort formadan çıxarılıb zövqünüzə uyğun bəzəyə bilərsiniz.



Tortumuz hazırdır.

Nuş olsun!
(Tərcümə edilib)