Tərkibi:
450 qr mal əti
40 ml "Zeytun Bağları" zeytun yağı
200 qr suda bişirilmiş qırmızı lobya
50 qr "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
1 ç.q keşniş toxumu
200 qr parmezan pendiri
6 ədəd lavaş
1 ədəd soğan
1 ədəd qırmızı istiot
Yarım pomidor
150 qr konservləşdirilmiş qarğıdalı
Hazırlanması:
Lavaşı hazırlamaq üçün xəmirə bir qədər qabartma tozu və zeytun yağı əlavə edirik. Nazik yayıb, yağsız tavada bişiririk.
Ədviyyatı bir qədər yağda qovuruq.
Əti farş halına gətiririk. Soğanı da doğrayıb, qovrulmuş ədviyyatın üzərinə əlavə edib, bir qədər bişiririk.
Yarım pomidoru doğrayıb, tomatla bərabər farşın üzərinə əlavə edib qarışdırın, bir neçə dəqiqə yenə bişirin.
Qaynadılmış qırmızı lobyanı (öz şirəsi ilə bərabər), qarğıdalını farşa əlavə edib qarışdırın və 2-3 dəqiqə bişirin. Qırmızı istiotu da xırda şəkildə doğrayın, əlavə edin.
Tavanın üzərinə lavaşı qoyuruq və üzərinə blendrdən keçirilmiş parmezan pendirini əlavə edirik.
Pendirin üzərinə ətli içliyi əlavə edib, yenidən üzərinə pendir səpirik və üzərini yenə də lavaşla bağlayırıq. Tost maşınında bir az saxlayırıq, bu zaman pendir əriyərək içliklə tam qarışır.
Və yeməyimiz hazırdır. Nuş olsun
(Tərcümə edilib)[hide][/hide]