Qadin.NET / "Qızılgül" tortu (foto resept)

"Qızılgül" tortu (foto resept)

Tərkibi:

3 ədəd yumurta

180 qr" Wellington" kərə yağı

1,5 st şəkər tozu

200-300 qr un

1 ç/q soda

Vanil

250 qr kefir

60 qr kakao

 Şirə:

5 x/q şəkər tozu

7 x/q su

1-2 x/q meyvə  liköru və ya içki

Arası üçün:

5 x/q meyvəli püre üçün istənilən meyvə

Şokaladlı krem üçün 200 qr şokolad

 Krem 1:

200 qr qaymaq

0,5 st şəkər tozu

Krem 2:

180 qr "Wellington" kərə yağı

2/3 banka qatılaşdırılmış süd

Mastika:

220 qr zefir

2 x/q limon suyu

1 x/q su

400-500 qr şəkər pudrası

Şirniyyat üçün nəzərdə tutulmuş rəng və zər

Hazırlanması:

Yumşaq yağ şəkər tozu ilə çalınır, üzərinə yumurta bir-bir vurularaq çalınır.

Ayrı qabda un, soda, kakao, vanil ələnilir. Yumurta çalıntısına un və kefir az-az əlavə edərək çalınır.

180 dərəcədə isidilmiş sobada 20-30 dəqiqə ərzində, kağız sərilmiş formada 2 və ya 3 ədəd biskivit hazırlanır.

Tortu şirələmək üçün  su, şəkər tozu qazana əlavə edilib qarışdırılır, qaynara düşəndə odun üzərindən götürülüb, qarışdıraraq soyudulur və içki qatılaraq qarışdırılır.

Soyuq qaymaq şəkər tozu ilə çalınır.

Yumşalmış yağla qatılaşmış süd çalınır.

Mastikanı hazırlamaq üçün dərin qaba zefir, limon suyu, su əlavə edilib mikrodalğalı sobada  15-20 saniyə ərzində saxlanılır.

Yumşalmış zefirə şəkər tozu az-az əlavə edilərək, qaşıqla qarışdırılır.

Qatılaşanda taxta üzərində şəkər pudrası əlavə edilərək tam hazır olana qədər yoğrulur.

İstənilən qədər kiçik hissələrə ayırıb zövqünüzə uyğun rəng qataraq yoğurun, bu vaxt ələ bitki yağı da vurmaq olar.

                                                                Hazır mastikanın qırmızı rəngindən əvvəlcə damla forması verilir.

Gördüyünüz kimi ləçəklər hazırlanıb qızılgül forması verilir.

 

 

 

Yarpaqlar hazırlanıb zər vurulur.

 

 

Biskivitlər əvvəlcə şirələnir.
Sonra meyvə püresi çəkilir.

                                       Üzərindən əridilmiş şokalad və qaymaqlı krem çəkilərək, üst-üstə yığılır, 2-3 saat soyuducuda saxlanılır.

                                                               Qatılaşdırılmış südlə hazırlanan krem torta hərtərəfli səliqə ilə çəkilir.

Yerdə qalan mastika yayılaraq torta hərtərəfli bükülür.

 

 

                                           Qırmızı rəngli mastikadan lent yayılıb torta birləşdirilir və hazır güllər tortun üzərinə yığılır.

Qızılgül tortumuz hazırdır.

Nuş olsun!

 (tərcümə edilib)

nbsp;

9 iyul 2013
GO BACK