Qadin.NET / İtalyan lazanyası (foto resept)

İtalyan lazanyası (foto resept)

İlk əvvəl beşamel sousu hazırlayırıq. Sous üçün lazım olan ərzaqlar:

Farş ət - 1 kq

Kök- 100 q

Təmizlənmiş baş soğan- 1 ədəd

"Bizim Tarla" soyulmuş pomidor - 800q

Kərəviz  -100 q (1 dəstə)

Quru oreqano (adi qaraqınıq) zövqə görə

Reyhan (zövqə görə)

Duz

Qurudulmuş ağ göbələk

Qeyd: oriqanonun hansı bitki olduğunu bilmirsinizsə, şəklinə baxın.

Xəmiri üçün:

Yumurta- 4 ədəd

Əla növ buğda unu - 400 q

İçi üçün:

2 ədəd badımcan

Mozzarella pendiri

Parmezan pendiri

Bişmiş ət

Hazırlanması:

Kiçik doğranmış tərəvəzləri  və soğanı zeytun yağında qızardırıq.

İtalyan lazanyası (foto resept)

Əti əlavə edirik və 5-6 dəqiqə qızardırıq.

İtalyan lazanyası (foto resept)

Sonra pomidorları bütöv halda əlavə edirik və 30 dəqiqə orta atəşdə pörtlədirik.

İtalyan lazanyası (foto resept)

Quru ağ göbələklər, bir az su, ədviyyatlar, duz əlavə edib, 10-15 dəqiqə odda bişiririk.

İtalyan lazanyası (foto resept)
İtalyan lazanyası (foto resept)
İtalyan lazanyası (foto resept)

Daha sonra yumurta və undan ibarət xəmir yoğururuq, 3 hissəyə ayırıb oxlov ilə 1,5 mm qalınlığında yayırıq. 

2 ədəd badımcanı yuyub kənarlarında bir az saxlamaq şərtiylə qabığını soyub halqa-halqa doğrayırıq. Bir az duzlayıb tavada qızardırıq.

İtalyan lazanyası (foto resept)

Lazanyanı bişirmək üçün aşağıdakı formada bir qab götürürük. Üzərinə  bir az beşamel sousunu əlavə edirik. Yaydığımız xəmirin bir qatını qaba döşəyirik.

İtalyan lazanyası (foto resept)

Üstündən badımcanları düzürük.

İtalyan lazanyası (foto resept)

Yenidən beşamel sousu tökürük,  bunun üzərinə isə rəndələnmiş mozzarella pendiri əlavə edirik.

İtalyan lazanyası (foto resept)

Bu qatışığın səthini xəmirin ikinci qatı ilə örtürük.

İtalyan lazanyası (foto resept)

 Buğda bişmiş əti əlavə edirik.

İtalyan lazanyası (foto resept)

Sous töküb, mozzarella əlavə edirik.

İtalyan lazanyası (foto resept)

Xəmirin üçüncü qatını qatışığın üzrərinə səririk.

Çoxlu sous əlavə edirik ki, xəmir qatı görünməsin. Üstünə xırdalanmış parmezan (makaronla yeyilən italyan pendiri)  və mozzarella səpirik. 

180 dərəcə temperaturda sobada bişiririk. 
İtalyan lazanyası (foto resept)

Budur, artıq italyan lazanyası hazırdır. 

İtalyan lazanyası (foto resept)
Nuş olsun!
(tərcümə edilib)
16 may 2013
GO BACK