Tərkibi:
yarım paket kuskus makaron
yarım dəstə cəfəri
2 ədəd közlənmiş bibər
5-6 ədəd duzlu xiyar
5 y/q qarğıdalı konservi
2 diş sarımsaq
2 y/q cəfəri (istəyə görə)
5-6 y/q qatıq
duz
bəzəmək üçün:
yarım dəstə şüyüd
xiyar
közlənmiş bibər
Hazırlanması:
Makaronu duz əlavə etdiyiniz bol suda qaynadın.
Makaron qaynadarkən cəfərini xırda-xırda doğrayın. Bibər, xiyar turşusunu xırda-xırda doğrayın. Sarımsaqları da əzin. Dərin qarışdırma qabına doğradığınız bütün ərzaqları əlavə edin. Qarğıdalı, sarımsaq, qatıq, cəfəri, qaynadılmış və makaronu və duzu əlavə edərək qarışdırın.
Qarışımı keks qabına qoyun və soyuducuya qoyub 1 saata qədər saxlayın.
Hazırladığınız salatı geniş servis qabına qoyub tərsinə çevirin.
Doğradığınız şüyüd, xiyar və köz bibərlər bəzəyin.