Tərkibi:
1 ədəd orta boy kərəviz
1 ədəd orta boy kök
4-5 y/q mayonez
5-6 ədəd xiyar turşusu
2-3 y/q sirkə
duz
istiot
cəfəri
1 y/q xardal
Hazırlanması:
Kərəviz və kökü soyub sürtgəcin iri gözündən keçirin.
Xiyar turşusunu istər halqa-halqa doğrayın. Cəfərini xırda-xırda doğrayın.
Dərin qabın içinə sürtgəcdən keçirilmiş və doğradığınız ərzaqları əlavə edin.
Üstünə cəfəri, sirkə, duz və istiot əlavə edərək qarışdırın.
Biraz saxladıqdan sonra servis edin.