Qadin.NET / Kartof salatı (video-resept)

Kartof salatı (video-resept)

 

Tərkibi:

 

3-4 ədəd orta boy kartof

yarım dəstə cəfəri

3-4 şaxə təzə soğan

1 ədəd pomidor

1 ədəd ətli qırmızı bibər

 

Sous üçün:

1 ədəd limon

zeytun yağı

duz

istiot

istəyə görə quru reyhan

istəyə görə narşərab və ya sirkə

 

 

Hazırlanması:

Kartofları yuyun və qabıqlarını soymadan duzlu suda qaynadın.

Kartofları qaynadarkən digər ərzaqları yuyub, xırda-xırda doğrayın.

Qaynadılmış kartofların bişib-bişmədiyini bıçaqla yoxlayın.  Limonu sıxın və qalan sous ərzaqlarını kiçik qaba yerləşdirin.

Salatı servis qabına qoyun və üstünə sous tökərək servis edin.

 


6 dekabr 2019
GO BACK