Tərkibi:
1 su st qaynadılmış noxud
250 qram qatıq
3-4 y/q tahini (küncüt pastası)
2 diş sarımsaq
1 ədəd lavaş
duru yağ
duz
istiot
cirə
Hazırlanması:
Lavaşı kiçik üçbucaq olacaq formada doğrayın və duru yağda qızardın.
Əzilmiş sarımsaq, tahini və qatığı qarışdırın.
Noxuddan biraz qırağa qoyun və qalan noxudu qatıqlı qarışıma əlavə edərək qarışdırın.
Qızartdığınız lavaşları servis qabına qoyun. Üstünə qatıqlı içlikdən tökün.
İstəyə görə ayırdığınız noxudları biraz cirə və qırmızı bibər ilə yağda qovurun.
Salatın üstünə yağı ilə birlikdə qovurduğunuz noxudları əlavə edin və servis edin.
Nuş olsun!