Tərkibi:
plov üçün
2 su st plovluq düyü
2 y/q kərə yağı
3 su st isti su
duz
salat üçün:
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
1 qutu konserv qarğıdalı
1 banka qarışıq konserv qarnitür (lobya, kök, kartof)
7-8 ədəd xiyar turşusu (istəyə bağlı)
2 ədəd konserv qırmızı bibər
yarım limon suyu
Hazırlanması:
Düyüləri təmizləyib süzgəcə qoyun, nişastası axana qədər 2-3 dəfə yuyun.
İlıq suda isladıb 10 dəqiqə gözləyin, yenidən bol su ilə yuyub süzün.
Qazanda kərə yağını əridin və düyünü əlavə edin, düyülər yapışmayana qədər qovurun.
İsti su əlavə edib duz atın və üstü göz-göz olana qədər yüksək dərəcədə, suyunu çəkməyə başlayanda qazın dərəcəsini azaldaraq bişirin.
Bişən plov qapağı bağlı olaraq 15-20 dəqiqə qədər saxlayın.
Cəfəri, şüyüd, bibər və xiyar turşularını doğrayın.
Qarışıq qarnitür və qarğıdalını süzün. Hazırladığınız bütün ərzaqları ilıq plova əlavə edin, duz və limon suyu ilə dadlandırın.
Keks qəlibini sudan keçirin, hazırladığınız salatı içinə doldurun, qaşıqla basdırın. Sonra çevirərək servis edin.