Qadin.NET / Souslu kələm salatı (foto resept)

Souslu kələm salatı (foto resept)

 

Tərkibi:

 

600 qram ağ kələm

2 ədəd orta boy kök

1/2 ədəd kiçik boy quru soğan

 

Sous üçün:

6 y/q mayonez

1 y/q toz şəkər

1 ç/q duz

1 ədəd təzə sıxılmış limon suyu

1 y/q üzüm sirkəsi

 

Hazırlanması:

Ağ kələmi xırda-xırda doğrayın. Daha sonra kökləri də eyni formada qabıqlarını soyub doğrayın.

Quru soğanı sürtgəcdən xırda gözündən keçirib, sonra doğradığınız ərzaqların üstünə tökün.

Hazırlanan ərzaqların üstünə tökmək üçün olan  sousu hazırlamaq üçün təzə sıxılmış limon suyu, üzüm sirkəsi, duz və toz şəkəri, şəkər əriyənə qədər qarışdırın. 

Souslu kələm salatı (foto resept)

Mayonezi əlavə etdikdən sonra qarışdıraraq servis edin.

Souslu kələm salatı (foto resept)

 

12 iyul 2019
GO BACK