Qadin.NET / Ağ kələm salatı (foto-resept)

Ağ kələm salatı (foto-resept)

 

Tərkibi:

 

Orta boy kələmin yarısı

2 ədəd kök

az miqdarda qırmızı kələm

1 kasa qatıq

1 y/q mayonez

2 diş sarımsaq (istəyə görə)

1 ədəd limon

zeytun yağı

2 şaxə cəfəri (üstü üçün)

duz

 

Hazırlanması:

Orta boy ağ kələmin yarısını incə doğrayın. 1 ədəd limonun suyunu sıxın və içinə yarım stəkan zeytun yağı əlavə edin, doğradığınız kələmləri də əlavə edin 15 dəqiqə gözləyin.

Qırmızı kələm də ağ kələm kimi doğrayıb salat qabında qarışdırın. 1 ədəd kökü soyun və kökləri xırda göz sürtgəcdən keçirərək kələm olan qaba əlavə edin. Gözlətdiyiniz ağ kələmi də salat qabına əlavə edin.

Ağ kələm salatı (foto-resept)

Qırmızı kələmi, kök və ağ kələmi yaxşıca qarışdırın və üstünə 1 kasa qatıq, 1 yemək qaşığı mayonez və 2 diş sürtgəcdən keçirilmiş sarımsaq əlavə edin. Duzu servis etməyə hazırlaşanda əlavə edin.

Ağ kələm salatı (foto-resept)

 

24 iyun 2019
GO BACK