Qadin.NET / Avokadolu brokoli salatı (foto-resept)

Avokadolu brokoli salatı (foto-resept)

 

Tərkibi:

1 kiçik brokoli başı

15 ədəd kiçik pomidor

yarım avokado

yarım limonun suyu

2 ç/q zeytun yağı

1 çimdik dəniz duzu

Biraz sirkə ilə qızardılmış 1 y/q günəbaxan və ya kabak çəyirdəyi 

 

Hazırlanması:

Brokolini yaxşıca yuyun və dəniz duzu ilə birlikdə beş dəqiqə qaynadın.

Süzün və soyuq suda durulayın, kənara qoyun. 

Sous üçün limon suyunu, yağı və duzu qarışdırın. 

Avokadolu brokoli salatı (foto-resept)

Avokadonu kiçik parçalar halında dilimləyin, brokoli ilə qarışdırın.

Pomidorları, günəbaxan çəyirdəyini və sousu əlavə edin.

Avokadolu brokoli salatı (foto-resept)

3 iyun 2019
GO BACK