Qadin.NET / Gavurdağı salatı (foto-resept)

Gavurdağı salatı (foto-resept)

 

Tərkibi:

 

4 ədəd pomidor

1 ədəd yaşıl bibər

1 ədəd quru soğan

3-4 şaxə cəfəri

bol miqdar qoz

zeytun yağı

narşərab

sumaq

duz

 

Hazırlanması:

Pomidorlar və yaşıl bibərləri kiçik-kiçik doğrayın. Quru soğanları xırda-xırda doğrayıb duzla ovun.

Yaşıl soğanlar və cəfəriləri daha çox xırda-xırda doğranır. 

Bütün ərzaqları geniş bir qaba alınır, iri qırılmış qozlar, zeytun yağı və narşərab əlavə edilir.

Gavurdağı salatı (foto-resept)

Təxminən 1 yemək qaşığı sumaq da əlavə edilir. Qarışdıralaraq servis qabına alınır. 

Zeytun yağının və narşərabın miqdarını öz zövqünüzə görə müəyyən edə bilərsiniz.

Qozu təxminən 1 su stəkanına yaxın əlavə edin.

Gavurdağı salatı (foto-resept)

 

12 may 2019
GO BACK