Qadin.NET / Kartof salatı (foto-resept)

Kartof salatı (foto-resept)

 

Tərkibi:

4 ədəd kartof

1 ədəd böyük boy qırmızı soğan

4 şaxə təzə soğan

6 ədəd qurudulmuş pomidor

1 diş sarımsaq

1/4 dəstə cəfəri

1/4 dəstə şüyüd

1/4 dəstə nanə

1 ç/q tikanlı kəvər

3 y/q zeytun yağı

2 ədəd limon suyu

1 ç/q balsamik sirkə

1 ç/q duz

1/2 ç/q qırmızı toz bibər 

 

Hazırlanması:

Kartofların qabığını soyub, suda qaynadın. Cəfərini yuyub, xırda-xırda doğrayın.

Eyni formada soğanı da istəyə görə doğraya bilərsiniz.

Sarımsağı sürtgəcdən keçirib qalan ərzaqları içinə əlavə edin.

Qaynadılmış kartofları süzüb, soyuması üçün kənara qoyun.

 

Kartof salatı (foto-resept)

 

 

Salatın sosusunu hazırlamaq üçün; zeytuny yağı, limon suyu, balsamik sirkə, sürtgəcdən keçirilmiş sarımsaq, duz və qırmızı toz bibəri kiçik qabda çırpın. Tikanlı kəvər çiçələrini əlavə edib qarışdırın.

Soyuyan kartofları kub-kub formada dərin qabın içinə qoyun. Sousu əlavə etdikdən sonra servis edə bilərsiniz. 

 

Kartof salatı (foto-resept)

 

10 may 2019
GO BACK