Qadin.NET / Mimoza salatı (foto-resept)

Mimoza salatı (foto-resept)

 

Tərkibi:

2 ədəd orta boy kartof

2 ədəd orta boy kök

2 ədəd yumurta

1 toyuğun döş əti

200 qram qoz ləpəsi

Mayonez

Duz

 

Hazırlanması:

 

Əvvəlcə tərəvəzlər bişirilir. Toyuğun döş əti də içinə duz tökülərək bişirilir. Qoz isə ya qozçəkən maşından keçirilir, ya da əllə doğranır. Moyanezə isə zövqə görə smetan da qatmaq olar, amma salatın moyanezi nə qədər çox olsa bir o qədər dadlı olacaq. İlk əvvəl kartof sürtgəcdən keçirilərək boşqaba səpilir.

Mimoza salatı (foto-resept)

Sonra kartofun üzərinə moyanez vurulur və duz səpilir. Sonra üzərinə qoz səpilir. Kök sürtgəcdən keçirilərək üzərinə səpilirSalatın üzərinə moyanez vurulur və duz səpilir. Sonra toyuğun didilmiş döş əti səpilir. Üzərinə isə yumurta sürtgəcdən keçirilərək səpilir. Sonra isə moyanez vurulur və üzərinə duz səpilir.

Bütün bunlar ikinci dəfə eynilə təkrarlanır. Sonda kartof səpilir və üzərinə mayonez vurulur, zövqə görə bəzədilib süfrəyə verilir.

Mimoza salatı (foto-resept)

 

 

 

4 may 2019
GO BACK