Kahı salatı
Lazım olan ərzaqlar:
1 ədəd yumurta (yumurta sevənlər 2 ədəd vura bilər)
2 ədəd kartof
2 ədəd təzə xiyar
"Bizim Tarla" xiyar turşusu
Şüyüd
Kahı
"Bizim Süfrə" zeytunlu mayonezi
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Bütün ərzaqlar xırda-xırda doğranır.
Mayonez əlavə edilib bütün ərzaqlar qarışdırılır.
Salatımız hazırdır.
Pendirli rulet
Lazım olan ərzaqlar:
3 paçka ağ pendir
5 yumurta
1 ədəd kök
2 diş sarımsaq
mayonez
İçliyin hazırlanması:
Pendir və kök sürtgədən keçirilir.
Sarımsağı və mayonezi qarışdırırıq. İçliyimiz hazırdır.
Xəmiri hazırlanması:
Yumurtayla mayonezi qarışdırırıq (blincik xəmiri kimi olmalıdır).
Tavanı qızdırıb bisiririk.
Xəmir isti olarkən içliyi qoyub bükmək lazımdır ki, xəmir parçalanmasın.
Büküb soyuducuya qoyulur
Süfrəyə verilərkən doğranılır.
Nuş olsun!