Tərkibi:
10 ədəd qurudulmuş pomidor
3 diş sarımsaq
1 ç/q kəklikotu
1 ç/q istiot
1 ç/q ağ reyhan
1 y/q qoz
1 çimdik duz
3 y/q zeytun yağı
Hazırlanması
Əvvəlcədən qurudulmuş pomidorları geniş qaba qoyub, üstünü örtəcək qədər isti su əlavə edin.
8 dəqiqə yumşalmaları üçün gözləyin. Bu əsnada sarımsaqları duz ilə döyün.
Yumşalmış pomidorları süzün və xırda-xırda doğrayıb bir qaba əlavə edin. Üstlərinə döyülmüş sarımları, ədviyyatlları və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.
Qozla bəzəyib servis edə bilərsiniz.