Qadin.NET / Kartof salatı (foto resept)

Kartof salatı (foto resept)

 

Tərkibi:

4 ədəd kartof

1 ədəd böyük boy qırmızı soğan

4 şaxə yaşıl soğan

6 ədəd qurudulmuş pomidor

1 diş sarımsaq

1/4 dəstə cəfəri

1/4 dəstə şüyüd

1/4 dəstə nanə

3 y/q zeytun yağı

2 ədəd limon suyu

1 ç/q sirkə

1 ç/q duz 

1/2 ç/q qırmızı toz bibər

 

Hazırlanması:

Kartofların qabığını soyub suda qaynadın. Cəfərinin yuyub incə-incə doğrayın.

Soğanı doğradıqdan sonra sarımsağı sürtgəcdən keçirib qalan ərzaqları da içinə əlavə edin

Qaynadılmış kartofları süzüb, soyuması üçün kənara qoyun.

Kartof salatı (foto resept)

Salatın sousunu hazırlamaq üçün: zeytun yağı, limon suyu, sirkə, sürtgəcdə keçirilmiş sarımsaq, duz və qırmızı toz bibəri kiçik qabda çırpın. 

Soyuyan kartofları kub formasında doğrayn, dərin qabın içinə tökün. Sousla qatışdırdıqdan sonra servis edə bilərsiniz.

Kartof salatı (foto resept)

 

2 aprel 2019
GO BACK