Tərkibi:
12 ədəd xiyar turşusu
5 y/q cəfəri
3 ədəd kiçik boy kök
3 ədəd böyük boy kartof
3 yarım st yaşıl noxud
10 y/q qatıq
duz
Hazırlanması:
Kartofları soyub kiçik kublar formasında doğrayın. Kökləri eyni formda doğrayın. Doğradıqdan sonra noxudları, kartofları və kökləri kiçik qazanda qaynadın.
Qaynatdıqdan sonra suyunu süzün və soyumağa qoyun. Bir qaba turşuları minik kub formasında doğrayın. Daha sonra bütün ərzaqları qarışdırma qabına qoyub üstünə duz əlavə edib qarışdırın.
Qatığı əlavə etmədən əvvəl qabda üzərinə mayonezi əlavə edin və yaxşıca qarışdırın. Qarışdırdıqdan sonra qatığı qarışımın üstünə tökün və qarışdırın. Qarışdırdıqdan sonra servis edə bilərsiniz.