Qadin.NET / Göyqurşağı salatı (foto resept)

Göyqurşağı salatı (foto resept)

 

Tərkibi:

 

Yarım qırmızı kələm

2 ədəd orta boy kök

yarım dəstə şüyüd

yarım qırmızı soğan

1 ədəd orta boy qırmızı bibər

2 y/q limon suyu

2 y/q zeytun yağı

yarım ç/q duz

1 qədər yaşıl nanə yarpaqları (bəzəmək üçün

 

Hazırlanması:

Kələmi incə uzun kəsin, kökləri sürtgəcdən keçirin. Şüyüdü xırda-xırda doğrayın, qırmızı bibəri də uzun incə dilimləyin. Hazırladığınız ərzaqları böyük qabda qarışdırın.

Göyqurşağı salatı (foto resept)

Bir kasanın içinə limon suyu, zeytun yağı və duzu yaxşıca qarışdırıb sous hazırlayın. Sousunuzu salata töküb yaxşıca qarışdırın. Üstünə nanə yarpaqları qoyun.

Göyqurşağı salatı (foto resept)

20 dekabr 2018
GO BACK