Qadin.NET / Avokado salatlı dürüm (foto resept)

Avokado salatlı dürüm (foto resept)

Tərkibi:

 

2 avokado (kub doğranmış)

1 ədəd qırmızı bibər (doğranmış)

2 y/q doğranmış qırmızı soğan

3 diş sarımsaq (əzilmiş)

1/4 su st doğranmış keşniş

2 ç/q limon suyu

6-8 yarpaq kahı (doğranmış)

Lavaş 

 

Avokado salatlı dürüm (foto resept)

 

Hazırlanması:

Bir qabda doğranmış avokado, doğranmış qırmızı bibər, qırmızı soğan, sarımsaq, keşniş, limon suyu, doğranmış kahı və bir çimdik duzu qarışdırın. Servis qabına lavaş sərin.

 

Avokado salatlı dürüm (foto resept)

 

Hazırladığınız salatı lavaşın üstünə qoyub bükün. Yanında limon dilimləri, sobada qızardılnış ədviyyatlı alma və kartofla servis edə bilərsiniz.

 

Avokado salatlı dürüm (foto resept)

 

29 avqust 2018
GO BACK