Qadin.NET / Brokoli salatı (foto resept)

Brokoli salatı (foto resept)

Tərkibi:

 

1 orta boy brokoli (sapları çıxarılmış və doğranmış)

6 dilim vetçina (doğranmış)

1/4 su st qırmızı soğan ( incə doğranmış)

225 qram çeddar pendiri (doğranmış)

1/2 su st kiçik pomidor (ikiyə bölünmüş)

1/2 su st quru üzüm 

3/4 su st mayonez (evdə hazırlanmış)

2 y/q sirkə

2 y/q toz şəkər

1/2 ç/q duz

1/2 ç/q istiot

 

 

Hazırlanması:

Kiçik qabda mayonez, alma sirkəsi, şəkər, istiot və duzu qarışdırın. Böyük qabda doğranmış brokoli parçalarını, vetçinanı, qırmızı soğanı, pendiri, pomidorları və quru üzümləri əlavə edin.

Brokoli salatı (foto resept)

Hazırladığınız sousu brokolili qarışımla birləşdirin. Servisdən əvvəl 2 saat soyuducuda saxlayın.

 

Brokoli salatı (foto resept)

 

 

 

16 avqust 2018
GO BACK