Qadin.NET / Taco salatı (foto resept)

Taco salatı (foto resept)

Tərkibi:

 

1 y/q zeytun yağı

1 yaşıl soğan (doğranmış)

2 diş sarımsaq (əzilmiş)

400 qram yağsız qiymə

1/2 ç/q + 1/4 ç/q duz

1/2 ç/q qırmızı bibər

1/2 ç/q istiot

1/2 ç/q soğan tozu

1/2 su st qatıq 

1/4 su st badam südü

1 y/q alma sirkəsi

1/4 y/q quru şüyüd

1/4 y/q sarımsaq tozu

1/4 y/q Hindistan qozu şəkəri

300 qram kahı

1/2 su st cheddar pendiri

2 avokado dilimlənmiş

1/2 su st kiçik pomidor (yarım doğranmış)

 

Hazırlanması:

Zeytun yağını orta dərəcədə isidin və soğanı təxminən 3-5 dəqiqə qovurun. Sarımsağı əlavə edin və qoxusu çıxana qədər bir dəqiqə bişirin. Daha sonra qiyməni əlavə edin və təxminən 6-8 dəqiqə qovurun. Duzu, istiot, qırmızı bibər tozunu və soğan tozunu əlavə edin.

Taco salatı (foto resept)

Salat sousunu hazırlamaq üçün qatıq, badam südü, alma sirkəsi, şüyüd, sarımsaq tozu, Hindistan qozu şəkərini birlikdə çırpın və bir kənara qoyun. Taco salatını hazırlamaq üçün kahını bir qabın içinə qoyun üzərinə qiyməli qarşımı yayın. Pomidorları, dilimlənmiş avokadoları və pendiri üzərinə gəzdirin və daha sonra sousu gəzdirib servis edin.

Taco salatı (foto resept)

6 avqust 2018
GO BACK