Tərkibi:
2 orta boy xiyar
12 ədəd balaca pomidor (yarıya bölünmüş)
1/2 qırmızı soğan (doğranmış)
2-3 şaxə yaşıl soğan (doğranmış)
8 ədəd reyhan yarpağı
Sous üçün
2 y/q alma sirkəsi
3 y/q zeytun yağı
1/4 ç/q duz
1/4 ç/q istiot
Hazırlanması:
İlk əvvəl sousu hazırlayın. Sous ərzaqlarını bir qabda qarışdırın.
Daha sonra sousu bir kənara qoyun və böyük salat qabı götürün. Başlamaq üçün ilk olaraq xiyarın qabıqlarını soyun və dörd hissəyə bölərək doğrayın. Pomidorları yaraya bölün. Qırmızı soğanları xırda-xırda doğrayın.
Reyhan yarpaqlarını əlinizlə doğrayın və salata əlavə edin. Bıçaqla da doğraya bilərsiniz.
Sonra yaşıl soğanı da əlavə edin.
Salata sous əlavə edin.
Əlinizlə qarışdırın.