Tərkibi:
4 st qarğıdalı
1 su st doğranmış xiyar
3 şaxə təzə soğan (doğranmış)
225 qram xırda pomidor
170 qram ağ pendir (didilmiş)
3 y/q zeytun yağı
1 limonun suyu
3/4 ç/q süfrə duzu
3/4 ç/q acı bibər sousu
1/2 ç/q istiot
3 y/q təzə reyhan
Hazırlanması:
Böyük qabda qarğıdalı, xiyar, soğan, pomidor və reyhanı birləşdirib qarışdırın.
Fərqli bir qabda zeytun yağı, limon suyu, acı sous, duz və istiotu birləşdirin.
Hazırladığınız sousu salatın üzərinə gəzdirin və qarışdırıb servis edənə qədər soyuducuda saxlayın. Pendiri servis etmədən əvvəl əlavə edin.