Tərkibi:
4 ədəd böyük boy pomidor
1 ədəd böyük boy quru soğan
4 ədəd uzunsov bibər
2 ədəd orta boy xiyar
100 qram qoz içi
1/2 dəstə cəfəri
6 y/q zeytun yağı
4 y/q nar turşusu
1 ç/q sumaq
1/4 ç/q duz
Hazırlanması:
Bütün ərzaqları çox kiçik hissələr halında doğrayın.
Daha sonra zeytun yağı, sumaq, nar turşusu və duzu bir qabın içində qarışdırın.
Son olaraq bütün ərzaqları bir qaba əlavə edib qarışdırın.