Tərkibi:
250 qram qaynadılmış noxud
10 ədəd pomidor
2 ədəd xiyar
1/2 şaxə şüyüd
1/2 şaxə təzə nanə
1/2 şaxə təzə soğan
Sous üçün
1/2 çay st zeytun yağı
1/2 ədəd limon suyu
4 yemək qaşığı nar turşusu
1/2 ç/q duz
Hazırlanması:
İlk əvvəl noxudları qaynadın. Daha sonra bütün ərzaqları bir qabın içinə qarışdırın.
Sous ərzaqlarını bir qabın içində qarışdıraraq hazırlayın.
Son olaraq sousu salata əlavə edin və yaxşıca qarışdırın.