Tərkibi:
2 ədəd toyuğun döş əti
1 ədəd böyük boy soğan
3 diş sarımsaq
1 ədəd qırmızı bibər
1 ç/q kəklikotu
1 ç/q duz
1/2 ç/q istiot
1 ç/q toz bibər(qırmızı)
4 ədəd lavaş
5 y/q duru yağ
Hazırlanması:
Soğanları yeməklik, sarımsaqları və toyuqları kiçik parçalar halında, qırmızı bibəri də uzun və incə doğrayın.
Yağın yarısını qızdırın və doğradığınız soğanları tavada qovurmaq üçün əlavə edin.
Soğanlar azca yumşalanda sarımsaqları və bibərləri əlavə edin.
Bibərlər də yumşalanda yağın qalanını əlavə edib isinməsini gözləyin. Sonra toyuqları əlavə edin.
Toyuqlar kiçik doğrandığından tez bişəcək. Yüksək dərəcədə çevirərək 6 dəqiqə bişirin.
Daha sonra ədviyyatları əlavə edib 2 dəqiqə daha bişirdikdən sonra qazın üstündən götürün.
Lavaşları az dərəcədə tavanın üzərində azca isidin və hazırladığınız toyuqlu qarışımı içinə qoyub bükün.
Nuş olsun!