Qadin.NET / Uşaqlar üçün makaron salatı (foto resept)

Uşaqlar üçün makaron salatı (foto resept)

 

Tərkibi: ( 6 nəfərlik)

1 dolmalıq bibər

2 sosiska

2 pomidor

1 y/q soğan

2  sap yaşıl soğan

200 qram makaron

2 y/q xardal

100 ml toyuq suyu

20 ml ağ balzamik sirkə

duz 

istiot

 

Hazırlanması

 

1. Pomidor, yaşıl soğan, dolmalıq bibər və sosiskaları doğrayın.

Uşaqlar üçün makaron salatı (foto resept)

 

2. Böyük qazan suyu qaynadın və duz əlavə edin. Su qaynadıqdan sonra makaronları əlavə edib 8-10 dəqiqə bişirin.

Uşaqlar üçün makaron salatı (foto resept)

 

3. Bir kasada toyuq suyu, yaşıl soğan, sirkə, xardal, duz və istiotu qarışdırın.

Uşaqlar üçün makaron salatı (foto resept)

 

4. Geniş bir qabda makaron, bibər, pomidor, yaşıl soğan, sosiskaları qarışdırın. Daha sonra xardal sousu, duz və istiotu əlavə edərək bütün ərzaqları birləşdirin. Sonra servis edin.

Uşaqlar üçün makaron salatı (foto resept)

2 iyul 2018
GO BACK