Qadin.NET / Bibərli omlet (foto resept)

Bibərli omlet (foto resept)

Tərkibi:

 

1 ədəd qırmızı bibər

1 ədəd sarı bibər

5-6 balaca pomidor

2 ədəd yumurta

1 y/q kərə yağı

2-3 y/q kaşar pendir

Qırmızı toz istiot

Kəklikotu

Duz

qara istiot

 

Hazırlanması:

Bibərləri və pomidorları bğlün. Tavanın içinə yağı əlavə edərək əridin və pomidor ilə bibəri yağın içinə atın.

 

Bibərli omlet (foto resept)

 

 

Bibər və pomidorları yaxşıca qovurduqdan sonra üstlərinə çırpılmış yumurtaları əlavə edərək bir müddət bişirin.

 

Bibərli omlet (foto resept)

 

 

Bişən omletin üzlərinə pendirləri qoyun, əriyənə qədər bişirməyə davam edin. Pendirlər əriyəndə servis edə bilərsiniz.

 

Bibərli omlet (foto resept)

 

 

 

15 aprel 2018
GO BACK