Tərkibi:
6-7 ədəd-kartof
300 qr- hisə verilmiş toyuq əti
3-5 ədəd- yumurta
4-5 ədəd -yerkökü
150 qr- marinə edilmiş göbələk
100 qr- Holland pendiri
100-150 qr - mayonez
Duz-istiot (zövqə görə)
Bəzək üçün:
6 ədəd- Mixək
Qaynadılmış kolbasa və ya ət dilimləri
Bir dəstə şüyüd (istəyə görə)
Hazırlanması:
Bütün tərəvəzləri qaynadıb soyuduruq.
İlk olaraq kartofu sürtgəcdən keçiririk.
Üzərinə hisə verilmiş toyuq ətini doğrayıb düzürük.
Mayonez vurub, yumurtanı sürtgəcdən keçiririk.
Göbələkləri doğrayıb düzürük.
Mayonez vurub hollan pendirini sürtgəcdən keçiririk.
Yerkökünü sürtgəcdən keçiririk.
Kənarda qalan son kartofu sürtgəcdən keçiririk.
Yumurta sarısını səpib kənarlarına (qulaq hissə) mayonez çəkirik.
Kənarda saxladığımız bir yumurtanı üzərinə burun olaraq rəndələyirik. Salatımızı it üzü kimi bəzəyirik.
Nuş Olsun!