Əziz xanımlar əminəm ki bir çoxumuzun evində bu salat istər ad günü istər bayramlarda,şad günlərdə hazırlanan ən xoşladığımız salatdır,düşündüm ki hər şeyin ən incə nöqtəsinə qədər məlumatlandırılan bir nömrəli saytımızda bu salat niyə də yer almasın...
Tərkibi:
Kök - 4-5 ədəd
Yumurta - 4 ədəd
Kartof - 5 ədəd
Xiyar - 3 ədəd
"Bizim Tarla" xiyar turşusu - 3 ədəd
"Bizim Tarla" yaşıl noxud konservi
Toyuq filesi və ya mal əti - 400qr
Kişniş - 1 dəstə
Şüyüd - 1 dəstə
"Bizim Süfrə" klassik mayonezi, Xama
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması kök, kartof, yumurta, ət qaynadılır, qalanları ilə birlikdə hamısı kub şəklində doğranılaraq qatılır.
Sonda duz, istiot, xama və mayonez vurlaraq qarışdırılır.
Və salatımız hazırdır! Nuş olsun!