Qadin.NET / Balqabaq salatı (foto resept)

Balqabaq salatı (foto resept)

 

Tərkibi:

1 kq balqabaq

250 qram konservləşdirilmiş noxud

2 ədəd alma

2 y/q xardal

1 ədəd soğan

1 diş sarışmsaq

2 y/q zeytun yağı

2 ç/q köri 

2 ç/q sarımsaq tozu

100 ml portağal suyu

4 y\q qoz yağı

2 y/q alma sirkəsi

60 qram ispanaq

Duz, istiot

 

Hazırlanması:

Dilimlədiyiniz balqabaqlara duz və istiot səpərək soba listinə düzün. Əvvəlcədən isidilmiş 250 dərəcə 15 dəqiqə qızardın. Digər yandan soğan və sarımsağı doğrayın.

 

Balqabaq salatı (foto resept)

 

 

Süzdüyüyüz noxudları köri, zeytun yağı, sarımsaq tozu, duz və bibərlə qarışdıraraq tavada təxminən 5 dəqiqə qovurun.

 

Balqabaq salatı (foto resept)

 

 

Kiçik bir qazanda portağal suyunu üçdə bir hissəyə düşənə kimi qaynadın. Soyuması üçün bir kənara qoyun. Daha sonra üzərinə qoz yağı, alma sirkəsi, doğranmış sarımsaq, xardal, duz və istiot əlavə edərək qarışdırın.

 

Balqabaq salatı (foto resept)

 

 

İncə dilimlədiyiniz almaları, qozları, balqabaqları, ispanağı və noxudu qarışdırın. Son olaraq hazırladığınız sousu əlavə edərək servis edin.

 

Balqabaq salatı (foto resept)

 

 

Nuş olsun!

 

Balqabaq salatı (foto resept)

 


11 sentyabr 2017
GO BACK